“Sabah”ın üzvü Aleksey Kaşuk Ukraynanın gənclər millisində növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Ukraynanın U-21 yığması yoxlama oyununda İrlandiyanın eyni yaş qrupu üzrə millisi ilə üz-üzə gəlib. Kaşuk meydana start heyətində çıxıb.
Matçın gedişində ukraynanılar iki dəfə hesabda önə keçsələr də, yekunda heç-heçə qeydə alınıb - 2:2. Ukrayna millisi hər iki qolu penaltidən vurub.
Qeyd edək ki, icarə əsasında çıxış etdiyi “Sabah”da uğurlu mövsüm keçirən Aleksey Kaşuku müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”u heyətinə geri qaytarmaq istəyir.