"Qarabağ"ın transfer siyahısındakı qapıçı: "Avropada qalmaq istəyirəm"

"Bayer" və Rusiya millisinin sabiq qapıçısı Andrey Lunev karyerasını davam etdirmək üçün ilk növbədə Avropadan variantları nəzərdən keçirdiyini bildirib.

Newsport.az-ın məlumatına görə, rusiyalı qolkiper Leverkuzen klubundan ayrılsa da, Rusiyaya qayıtmaq fikrində deyil:

"Hər şeyi nəzərdən keçirirəm. Amma Avropada qalmaq, yaxşı səviyyədə oynamaq istəyirəm. Gücüm var, sağlamlığım da yerindədir".

Lunyov 2021-ci ilin yayından “Bayer”də çıxış edirdi. Qışda “Qarabağ” Andreyi icarəyə götürmək istəsə də, keçid baş tutmamışdı. Rusiyalı qolkiper daha əvvəl “Zenit”, “Ufa”, “Saturn”, “Torpedo” kimi klubların qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right