U-21 millimizin heyətində dəyişiklik

Beynəlxalq yoldaşlıq oyunlarında Türkiyə və Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,“Turan Tovuz” klubunun üzvü Xəyyam Hüseynov heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ”nin oyunçusu İbrahim Ramazanov heyətə cəlb olunub.

Qeyd edək ki, millimiz iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə Bakıda Qırğızıstanla üz-üzə gələcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right