Premyer Liqaya vəsiqə qazanmış klub "Tondela"nın sabiq üzvünü istəyir

Yeni mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacağı gözlənilən "Araz Naxçıvan" heyətlə bağlı addımlar atacaq.

Newsport.az saytına verilən məlumata görə, Naxçıvan klubunun transfer siyahısında yer alan oyunçulardan biri millimizin sabiq üzvü Elnur Cəfərovdur.

"Xəzər Lənkəran"ın yetirməsi olan yarımmüdafiəçi məşqçilər korpusunun maraq dairəsindədir. Komanda yüksək liqaya vəsiqə qazanarsa, onun keçidi baş tuta bilər.

"Tondela", “Duqopolye”, “Neftçi”, “Keşlə”(indiki “Şamaxı”), “Sumqayıt” klublarında oynamış Cəfərov son mövsümü “Kəpəz”in əvəzedici heyətində keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right