"Qalatasaray" Dembele transferini bitirir

"Lion"la müqaviləsi başa çatan Mussa Dembele karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumçunun xidmətində "Qalatasaray" maraqlıdır. Bu barədə "TRT Spor" məlumat yayıb. "Sarı-qırmızılar"ın fransalı hücumçu ilə danışıqları yekunlaşdırmaq üzrə olduğu bildirilir.

Qeyd edək ki, Mussa Dembele "Lion"a 2018-ci ilin yayında "Seltik"dən keçmişdi. Fransa millisinin üzvü son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right