PSJ-yə keçdiyini təsdiqlədi

“Sportinq”in yarımmüdafiəçisi Manuel Uqarte PSJ-yə transfer olunduğunu təsdiqləyib.

Newsport.az-ın məlumatına görə, Uruqvay millisinin üzvü "Record"a açıqlamasında bu barədə deyib:

“İndi bir az dincəlmək, ardından PSJ-də hər şeyə sıfırdan başlamaq lazımdı. Böyük klubda çıxış edəcəyəm. Messinin PSJ-ni tərk etməsi təəssüf doğurur. Onunla oynamaq əla olardı, amma bu, futboldur. İstənilən halda çox xoşbəxtəm”.

Fransa mətbuatı bu transfer üçün Paris klubunun "Sportinq"ə 60 milyon avro ödədiyini yazıb. Uqarte ötən mövsüm “Sportinq”in heyətində bütün turnirlərdə 47 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right