"Qalatasaray" erməni futbolçunu transfer edəcək?

Türkiyənin "Qalatasaray" klubu Moskva "Dinamo"sunun erməni futbolçusu Arsen Zaxaryanı transfer etməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur məlumat verib. Klub rəsmisi bildirib ki, 20 yaşlı yarımmüdafiəçi onların transfer gündəmində yoxdur.

Qeyd edək ki, Türkiyə mətbuatında "Qalatasaray"ın Arsen Zaxaryanı transfer edəcəyi iddia olunurdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right