Millətlər Liqası: İspaniya da finala yüksəldi Yenilənib

Bu gün UEFA Millətlər Liqasının “Dördlər finalı”nda ikinci finalçı məlum olub.

Newsport.az-ın məlumatına görə, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları üz-üzə gəlib.

Niderlandın Enshede şəhərindəki “Tvente stadionu”nda keçirilən oyunda qapılara üç qol vurulub. Yekunda sevinən tərəf ispanlar olub.

Beləliklə, İspaniya yığması finalda Xorvatiya millisinə rəqib olub.

Dördlər finalı”nda həlledici oyun iyunun 18-də keçiriləcək.

UEFA Millətlər Liqası, “Dördlər finalı”
 

Yarımfinal

15 iyun

22:45 İspaniya – İtaliya 2:1

Qollar: Pino, 3. Xoselu, 88 – İmmobile, 11.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Rotterdam, “Feyenoord Stadionu”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right