"Neftçi"nin legioneri Fələstin millisində debüt oyununa çıxdı

"Neftçi”nin legioneri Ataa Caber Fələstin millisində debüt edib.

Newsport.az-ın məlumatına görə, o, İndoneziyaya qarşı yoldaşlıq matçında oynayıb. 28 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki,  İsrailin U-21 millisinin sabiq kapitanı A.Caber bu ay Fələstin vətəndaşlığı alıb. 

Xatırladaq ki, Ataa ötən ilin yayından "Neftçi"də oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right