"Lex" fanatları "Qarabağ"ın ən təhlükəli oyunçularını seçdi

"Lex"in azarkeşləri komandalarının ötən mövsüm avrokuboklarda qarşılaşdığı rəqiblərinin ən təhlükəli futbolçularını seçiblər.

Newsport.az-ın məlumatına görə, Poznan klubunun fanatlarının seçiminə görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Lex - "Qarabağ" görüşünün ən yaxşısı Abdullah Zubir olub. O, səslərin 87,7 faizini toplayıb.

Polşalıların fikrincə, cavab görüşünün ən yaxşısı 90 faiz səs toplayan "Qarabağ"ın sabiq cinah futbolçusu Kadi Borgesdir. Xatırladaq ki, səfərdəki 0:1 hesablı məğlubiyyətdən sonra "Qarabağ" evdə "Lex"i 5:1 məğlub edərək ikinci mərhələyə vəsiqə qazanmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right