Mak Allister ilk ev oyununu gözləyir

Aleksis Mak Allister “Liverpul”a transfer olunmasından məmnundur. “Brayton”dan mersisaydlılara keçən argentinalı yarımmüdafiəçi bu klubu seçməsinin səbəblərindən danışıb.

Newsport.az xəbər verir ki, argentinalı dünya çempionunun seçimində “Liverpul”un israrlı olması böyük rol oynayıb: “Transferim üçün əllərindən gələni etdilər, məni çox istədiklərini göstərdilər. Dünyanın ən böyük klublarından birinə gəlmişəm. “Liverpul” İngiltərənin ən böyük klubudur. Bu, böyük sevinc və xəyalın gerçəkləşməsidir. Doğru addım atdım”.

Aleksis baş məşqçidən də razıdır: “Yürgen Kloppla danışmaq imkanım oldu. Məni heyətdə görmək, bu komanda ilə titullar qazanmaq arzusunu gördüm. Belə məqamlar önəmlidir. Futboldan, klubun böyüməsindən danışdıq. Mən də belə bir komanda istəyirdim”.

Mak Allister “Liverpul” formasında keçirəcəyi ilk oyunu gözləyir: “Enfild Roud”dakı azarkeş dəstəyinin möhtəşəmliyindən danışmağa dəyməz. Hamı belə ab-havada oynamaq istəyir. Mən də ilk ev oyunumuzu səbrsizliklə gözləyirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right