"Çelsi"nin icarə əsasında "İnter"də çıxış edən futbolçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, belçikalı hücumçu "Əl-Hilal"dan rəsmi təklif alıb. Klub futbolçuya ümumi maaşı 50 milyon avro olan 2 illik müqavilə təklif edib.
Belçikalı tezliklə "İnter" dən "Çelsi"yə qayıtmalı olacaq. Baş məşqçi Maurisio Poçettino onunla işləməyə hazır olsa da, Lukaku "Əl-Hilal"ın təklifini ciddi şəkildə nəzərdən keçirir. Müqavilənin təklif olunan məbləği ona tam uyğun gəlmir. Hücumçu Səudiyyə Ərəbistanında daha çox qazanmaq istəyir.