Zidan milli komada haqda: İndi bunun vaxtı deyil

Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan gələcəkdə Fransa yığmasına rəhbərlik etmək arzusunda olduğunu bildirib. Newsport.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu həmişə iddialı olduğunu söyləyib. 
 
“Futbolçu kimi millidə oynayıb, sonra komandaya rəhbərlik etmək barədə düşünmək məntiqlidir. Amma indi bunun vaxtı deyil. Karyeramda daha ciddi təcrübə üçün yeni klublara keçdim. Biz buna ambisiya deyirik. Mən həmişə iddialı olmuşam və özümə inanmışam” – deyə, Zidan bildirib. 
 
Qeyd edək ki, 50 yaşlı Zidan 2021-ci ildən işsizdir. Məşqçi karyerasında fransalı yalnız “Real”da çalışıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right