Sabah UEFA Millətlər Liqasında yarımfinal mərhələsinin oyunlarına start veriləcək. Newsport.az xəbər verir ki, Niderlandın ev sahibliyi edəcəyi turnirdə meydan sahibləri ilə yanaşı, Xorvatiya, İspaniya və İtaliya yığmaları birincilik uğrunda qüvvəsini sınayacaq.
Yarımfinalın ilk oyunu sabah Rotterdam şəhərində Niderland və Xorvatiya arasında baş tutacaq. Ertəsi gün İspaniya və İtaliya milliləri üz-üzə gələcək.
Qalib komandalar iyunun 18-də final, məğlublar isə üçüncü yer uğrunda oyuna çıxacaqlar.
14 iyun, Rotterdam
Niderland – Xorvatiya
15 iyun, Enshede
İtaliya – İspaniya
18 iyun, Enshede
Üçüncü yer uğrunda oyun
18 iyun, Rotterdam
Final