Bundesliqa klubundan yeni transfer

“Kopenhagen”in hücumçusu Mikkel Kaufmann karyerasını Almaniyada davam etdirəcək.

Newsport.az xəbər verir ki, o, Almaniyanın “Union” (Berlin) klubu ilə müqavilə imzalayıb.

22 yaşlı futbolçu yeni komandasında 9 nömrəli forma geyinəcək.

Danimarkalı 2022/23 mövsümünü 2-ci Bundesliqa təmsilçisi “Karlsrue”də keçirib. Kaufmann adıçəkilən klubun heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right