Belçika millisinin üzvü "Barselona"ya doğru

"Atletiko" və Belçika millisinin yarımmüdafiəçisi Yannik Ferreyra Karrasko "Barselona"ya keçməyə hazırlaşır. 

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Xavi belçikalını sərəncamında görmək istəyir. Amma bu, Ferran Torresin başqa kluba satılacağı təqdirdə baş verəcək. 

Karrasko başa çatan mövsümdə 44 matçda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. 29 yaşlı futbolçu "Monako", "Dalian" klublarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right