“Messi qələbə deyil, xoşbəxtlik axtarırdı”

“Hamı onun “İnter Mayami”yə keçidinə təəccübləndi. Barselona haqqında çox danışıldı, amma bu, Messinin qərarı idi. Fikrimcə, Lionel  qələbə deyil, xoşbəxtlik axtarırdı”. Newsport.az xəbər verir ki, bunu Argentina yığmasının sabiq futbolçusu Serxio Aquero deyib. 
 
Onun sözlərinə görə, Messi ABŞ-da yaxşı vaxt keçirib, yaxşı əylənəcək: “Bilmirəm, hər oyunda komandası qalib gələ bilərmi... Hər halda, daha rahat oynayanda işlər yaxşılaşır. Onunla bu yaxınlarda danışdıq, MLS cədvəlini göndərdim. Ona dedim ki, “qulaq as, sənin komandan geridədir, pley-offa çıxmaq üçün onu 9-8-ci yerə aparsan, yaxşı olar”. Güldü və “biz pley-offa çıxmalıyıq” dedi”.
 
Qeyd edək ki, “İnter Mayami” Şərq konfransında sonuncu yerdədir və 9-cu pillədən 7 xal geri qalır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right