“Bavariya” 100 milyona hücumçu axtarır

“Bavariya” hücumçu axtarışına çıxıb. Newsport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin prezidenti Herbert Hayner məlumat verib.

O bildirib ki, yeni hücumçu üçün 100 milyon avro xərcləyə bilərlər: “Lakin belə bir transfer ağlabatan olmalıdır. Mərkəz hücumçusu axtarırıq, amma təəssüf ki, variantlar çox deyil. Onların hamısı olduqca bahadır. Levandovski hər mövsüm 30-40 qol vurdu, bu mövsüm də eyni sayda qol buraxdıq”.

Klub rəhbərinin sözlərinə görə, yeni hücumçu “Bavariya”nın milli və beynəlxalq yarışlarda çıxışını təmin edəcək keyfiyyətlərə malik olmalıdır: “Bazarda ciddi rəqabət var. Təklifimiz o qədər də böyük deyil, bu səbəbdən asan olmayacaq. Amma “Bavariya” üçün keyfiyyət transferin sürətindən daha önəmlidir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right