İngilis klubları “Yuventus”un hücumçusunu istəyir

“Yuventus”un hücumçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər. Newsport.az “Sport Repubblica”ya istinadən xəbər verir ki, 25 yaşlı italyan futbolçunun xidmətində Londonun “Arsenal” klubu maraqlıdır.
 
Turin təmsilçisi Federiko üçün ən azı 60 milyon avro istəyir. “Arsenal”la yanaşı,  “Nyukasl” da Kyezanı heyətinə qatmaqda maraqlıdır.
 
Kyeza İtaliya çempionatının son mövsümündə 21 oyun keçirib. Hücumçunun hesabında 2 qol və 5 məhsuldar ötürmə var.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right