PSJ onu Messinin əvəzləyicisi kimi görür

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını Fransada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, PSJ 28 yaşlı futbolçunu transfer etməkdə iddialıdır. Paris təmsilçisinin rəhbərliyi Silvanı klubdan ayrılan Lionel Messinin əvəzləyicisi kimi görür.

Portuqaliyalı futbolçu 2022/23 mövsümündə “şəhərlilər”in heyətində 54 oyuna çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib.

Xatırladaq ki, Messi iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right