"Bu cür məğlubiyyətə izah tapmaq çətindir. Yalnız azarkeşlər qarşısında üzr istəyə bilərik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiya yığmasının kapitanı Dario Srna deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə uduzan (0:2) "damalılar”ın sarğı daşıyıcısı tənqidlərə hazır olduğunu bildirib. Cəza üzündən Bakıda millimizə qarşı oynayana bilməyən "Şaxtyor”lu futbolçunu dinləyək:
"Eyni zamanda başımızı dik tutub, oktyabrdakı oyunları nəzərdə saxlamalıyıq. Artıq nəyisə dəyişmək olmaz. Haqlı tənqidlərə hazır olmalıyıq. Amma unutmaq lazım deyil ki, Xorvatiya millisi artıq bir neçə dəfə çətin vəziyyətdən çıxmağı bacarıb”.