Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Frankfurt təmsilçisi "Borussiya"dan (Dortmund) icarəyə götürdüyü Ansqar Knauffun transfer hüquqlarına yiələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Ayntraxt" Ansqar Knauffu 2022-ci ilin yanvar ayında icarəyə götürmüşdü. Almaniya U-21 millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.