Alleqri Səudiyyə Ərəbistanına yollana bilər

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanında çalışa bilər.

Newsport.az-ın məlumatına görə, bu ölkənin rəsmiləri italiyalı mütəxəssislə danışıqlara başlayıb. Bu barədə "La Gezetta Dello Sport" nəşri məlumat yayıb. Ərəblər "Yuventus"la 2025-ci ilin yayına kimi müqaviləsi olan 55 yaşlı məşqçini razı salmağa çalışır.

Alleqrini istəyən klubun adı açıqlanmayıb. Lakin "Əl Nəssr" və "Əl Hilal"ın baş məşqçi axtardığı qeyd olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right