"Beşiktaş" yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.
Newsport.az-ın məlumatına görə, "qara qartallar"ın gündəmində olan futbolçulardan biri "Milan"da çıxış edən Ante Rebiçdir. İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna rəsmi təklif göndərib. "Beşiktaş" A Seriyası təmsilçisinin cavabını gözləyir.
Qeyd edək ki, "Milan" Ante Rebiçi 2020-ci ilin yayında "Ayntraxt"dan transfer edib. Xorvatiya millisinin üzvü son mövsümdə "rossonerilər"in heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qoç və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli vingerin klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.