“Liverpul”dan ayrılan futbolçu rəsmən “Verder”də

Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi İngiltərənin “Liverpul” klubundan azad agent kimi ayrılan Nəbi Keytanı heyətinə qatıb.

Qvineyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Keyta “Liverpul”a 2018-ci ildə Almaniyanın digər klubu “Leypsiq”dən keçmişdi. 28 yaşlı futbolçu daha öncə “Zalsburq” və “İstr” kimi klublarda da oynayıb. O, Qvineya millisində də 52 oyuna 12 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right