“Atletiko” hücumçusu Alvaro Morata ilə yeni müqavilə imzalayacaq.
Newsport.az-ın məlumatına görə, 30 yaşlı oyunçu ilə müqavilənin müddəti 2026-cı ilin yayına kimi uzadılacaq.
Qeyd edək ki, Morata ötən mövsümün əvvəli Madrid təmsilçisinə qayıdıb. O, 2022/2023 mövsümündə 45 oyuna çıxıb, 15 qol vurub və 3 qolun ötürməsini verib.