"Qızıl top"un verilmə vaxtı bilindi

"France football" nəşri "Qızıl top" mükafatının verilmə vaxtını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Fransa nəşri sosial şəbəkə vasitəsilə bildirib ki, 2023-cü ilin ən yaxşı futbolçusu oktyabrın 30-da təşkil ediləcək tədbirdə mükafatlandırılacaq. 

Bu mükafata namizəd olan 30 nəfərin adı sentyabrın 6-da açıqlanacaq.

Qeyd edək ki, "Qızıl top"un son qalibi Kərim Benzemadır. Bu il isə bu mükafata ən real namizəd kimi Argentina millisi ilə dünya çempionu olan Lionel Messi göstərilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right