"Ayaks"ın yarımmüdafiəçisi Edson Alvares "Borussiya"ya keçə bilər.
Newsport.az-ın məlumatına görə, Cud Bellinqemin "Real"a transferindən sonra Dortmund klubunun rəhbərliyi Alvaresin meneceri ilə danışıqları bərpa edib.
Alman klubu yaxın günlərdə futbolçu üçün rəsmi təklif irəli sürəcək. Alvaresin özü də "Borussiya"ya keçməkdə maraqlıdır.
25 yaşlı meksikalı 2019-cu ildə "Amerika"dan "Ayaks"a keçmişdi.