"Neftçi"nin futbolçusu Azərbaycana qayıtmayacaq

"Neftçi"nin icarəyə göndərdiyi Ramin Nəsirli Latviyada qalacaq.

Newsport.az-ın məlumatına görə, "Dauqavpils"də çıxış edən yarımmüdafiəçi hələ ki, geri qayıtmayacaq.

O, "Turan Tovuz" və "Səbail"in maraq dairəsindədir. Buna baxmayaraq, futbolçu Latviyada qalaraq legioner həyatına davam etmək qərarı verib. Nəsirli yüksək liqada çıxış edən iddialı klubların transfer siyahısında yer ala bilib. Onunla "Riqa" və "Liepaya"nın maraqlandığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right