"İnter Mayami" onu da transfer etmək istəyir

"İnter Mayami" heyətini daha bir futbolçu ilə gücləndirə bilər.

Newsport.az insayder Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, MLS təmsilçisi "Yuventus"dan ayrılan Anxel Di Mariyanın transferi variantını nəzərdən keçirir. Ancaq argentinalı oyunçunun əsas istəyinin Avropada qalmaq olduğu vurğulanıb.

Qeyd edək ki, "Benfika" da Di Mariya ilə maraqlanır.

Xatırladaq ki, "İnter Mayami" dünən Lionel Messini transfer edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right