Ronaldo simvolik heyətə daxil edilmədi

Səudiyyə Ərəbistanı çempionatında 2022/2023 mövsümünün simvolik heyəti açıqlanıb.

Newsport.az liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, tərtib edilən heyətdə “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yer almayıb.

Bu isə həm klub, həm də azarkeşlər tərəfindən narazılıqla qarşılanıb. 38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı Premyer Liqasında "Əl-Nasr"ın heyətində 16 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun ərəb klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right