"Arsenal" 105 milyonluq transferə hazırlaşır

"Arsenal" Deklan Raysın transferi üçün "Vest Hem"ə 105 milyon avro təklif etməyə hazırlaşır.

Newsport.az “Daily Mail”ə istinadən xəbər verir ki, artıq tərəflər transfer qiymətində razılıq əldə edib. Amma “topçular” bu məbləğin hamısını eyni vaxtda yox, hissə-hissə “Vest Hem”ə ödəmək istəyir.

London təmsilçisinin rəhbərliyi isə buna məsələyə görə, onlardan vaxt istəyib. İngiltərə millisinin üzvü başa çatan mövsüm 50 matçda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right