Ukrayna millisinin yeni baş məşqçisi təqdim olunub

Ukrayna millisinin yeni baş məşqçisinin rəsmi təqdimatı olub.

Newsport.az-ın məlumatına görə, Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko Sergey Rebrovun bu posta gətirildiyini bildirib.

49 yaşlı mütəxəssis yığmada baş məşqçi kimi debütünü iyunun 12-də Almaniya seçməsinə qarşı yoldaşlıq matçında edəcək.

Qeyd edək ki, Sergey Rebrov futbolçu karyerasında 1992-2006-cı illərdə Ukrayna millisinin formasını geyinib. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubunda işləyib.





Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right