“Finalda oynamaq ilk sınağımızdır. Hər bir detal nəzərə alınmalıdır”. Newsport.az xəbər verir ki, bunu “Fiorentina”nın baş məşqçisi Vinçenzo İtalyano deyib.
İtaliya təmsilçisi bu gün Konfrans Liqasının finalında “Vest Hem”lə qarşılaşacaq.
Oyun öncəsi gözləntilərini bölüşən italiyalı mütəxəssisin sözlərinə görə, komandası meydana maksimum konsentrasiya ilə çıxmalı və bütün aspektlərə diqqət yetirməlidir.
“Hər hansı bir səhv ölümcül ola bilər. Biz bütün aspektlərə diqqət yetirməliyik. Rəqib əla formadadır. Güclü oyunçulara malikdir. “Vest Hem” Premyer Liqada çox yaxşı çıxış etməsə belə, yenə də çox təhlükəli komandadır. Finala təsadüfən çıxmırsınız, ona görə də yaxşı hazırlaşmalıyıq. David Moyes təcrübəli məşqçidir. Onun komandaları yaxşı oynayır. Ona və komandasına hörmət edirəm. Finalda ən güclüsü qalib gəlsin” – deyə, İtalyano bildirib.
Qeyd edək ki, “Fiorentina” – “Vest Hem” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.