Flavinyonun yeni klubunda debüt etdi

Braziliya "A” seriyasında XXIII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, sözügedən tur çərçivəsində "Neftçi”dən ayrılan futbolçu Flavinyonun şərəfini qoruduğu "Şapekoense”  doğma meydanında "Ponta Preta” ilə qarşılaşıb. Oyun 0-0 hesablı bərabərliklə başa çatıb. Sözügedən matç Flavinyonun debüt matçı kimi də yadda qalıb. Belə ki, "Neftçi”dən ayrıldıqdan sonra "Şapekoense”yə   keçən Flavinyo yeni klubunda debüt edib. O, ilk oyununda 65-ci dəqiqədə meydana daxil olaraq, sonadək mübarizə aparıb.
Qeyd edək ki, XXIII turdan sonra, aktivində 29 xal olanFlavinyonun komandası, 20 klub arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right