Ellardays "Lids"dən getdi

“Lids”in baş məşqçisi Sem Ellardays komandadan ayrılıb.

Newsport.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, "Lids"in Premeyr Liqanı tərk etməsindən sonra bu qərarı verib. İngilis mütəxəssis Çempionşipdə çıxış edəcək komandada işləmək istəməyib.

Qeyd edək ki, Sem Ellardays ötən ay "Lids"ə baş məşqçi təyin edilmişdi. "Lids" mövsümü 31 xalla 19-cu pillədə tamamlayıb.

Əalvə edək ki, 68 yaşlı Ellardays İngiltərə millisi, "Vest Hem", "Sanderlend", "Nyukasl", "Everton", "Kristal Palas" "Vest Bromviç", "Bolton" və "Blekpul"u da çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right