Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin əsas hədəfi iyun ayında "Çelsi" ilə müqaviləsi başa çatan Nqolo Kantedir. Bu barədə "Sportcell" məlumat yayıb.
"Qalatasaray" artıq franslı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. London klubunun yeni sözləşmə təklifini qəbul etməyən 32 yaşlı oyunçunun "sarı-qırmızılar"a keçməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Çelsi" Nqolo Kanteni 2016-cı ilin yayında "Lester Siti"dən transfer edib. Fransa millisi ilə dünya çempionu olmuş təcrübəli futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.