Renatın qolu İsveçrədə ən yaxşı seçilə bilər

"Qrasshopper" 2022/2023 mövsümündə komandanın vurduğu ən yaxşı qolu seçəcək.

Newsport.az-ın məlumatına görə, İsveçrə təmsilçisində mövsümün ən yaxşısı seçilmək üçün 9 namizəd var. Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun Super Liqanın I turundan təxirə salınmış oyunda (1:1) "Lütsern"in qapısına vurduğu qol da mükafata iddialıdır.

Qalib azarkeşlərin səsverməsinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayından "Qrasshopper"də çıxış edir. 24 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right