Messi PSJ-dən ayrılır RƏSMİ

Lionel Messinin mövsümün sonunda PSJ-dan ayrılacağı dəqiqləşib.

Newsport.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye məlumat verib. O, argentinalı hücumçunun Liqa 1-də "Klermon"a qarşı sonuncu dəfə PSJ forması ilə meydana çıxacağını bildirib:

"Dünyanın ən yaxşı futbolçusunun baş məşqçisi olmaq şərəfini yaşadım. Sabah "Klermon"a qarşı keçirəcəyimiz matç Messinin "Park De Prens"də son oyunu olacaq".

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edirdi. 35 yaşlı futbolçu Fransa klubunun heyətində meydana çıxdığı 74 rəsmi matçda 32 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right