“Nyukasl” liderinə yeni müqavilə təklif etdi

“Nyukasl” Bruno Gimarayeşə yeni müqavilə təklif etməyə hazırlaşır. Braziliyalı futbolçu şərtləri qəbul edərsə, anlaşmanın müddəti daha iki il uzadılacaq.

Newsport.az xəbər verir ki, 2022-ci ilin yanvarında Lion “Olimpik”indən 42 milyon avroya transfer olunan 25 yaşlı yarımmüdafiəçinin “sağsağanlar”la daha üç illik müqaviləsi var. Komandanın Çempionlar Liqasına vəsiqə qazanmasında böyük rol oynayan futbolçunun liderlik keyfiyyətləri “Barselona” və “Liverpul”un diqqətini çəkib. Elə bu səbəbdən “Nyukasl” futbolçu ilə yeni müqavilə bağlamağa çalışır.

Bruno razılıq versə, anlaşma 2028-ci lin yayınadək artırılacaq, maaşına əlavə ediləcək və müqaviləyə yüksək sərbəstqalma bəndi salınacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right