"Mançester Yunayted" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi

"Mançester Yunayted" "Çelsi"nin futbolçusu Meyson Mountla razılaşıb.

Newsport.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb. Futbolçu özü də "Çelsi"dən ayrılmaq istəyirdi. Onun London təmsilçisi ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Amma "Çelsi" oyunçusu üçün ən yüksək məbləği almaq niyyətindədir.

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq klubun Meysonu aacağından əmindir. 24 yaşlı futbolçunun xidmətində "Liverpul" və " Arsenal" da maraqlı olsa da, onun bu yay "Mançester Yunayted"ə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Meyson İngiltərə Premyer Liqasının 2022/23 mövsümündə 24 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right