Luis Enrikenin “Napoli”dən imtina səbəbi

“Napoli”nin prezidenti Aurelio de Laurentis komandasının baş məşqçi postunu Luis Enrikeyə tapşırmayacağını bildirib. O, ispan mütəxəssislə fərqli düşüncələrə sahib olduqlarını deyib.

Newsport.az xəbər verir ki, neapolluların prezidenti Enrikeni daha çox İngiltərə klublarının maraqlandırdığını deyib: “Luis mənə açıq şəkildə dedi ki, Premyer Liqadan dəvət gözləyir. O, şansını bu çempionatda sınamaq istəyir. Bizim seçimimizsə fərqli olacaq”.

Xatırladaq ki, “Napoli”ni çempion edən Luçano Spalletti klub rəhbərliyi lə fikir ayrılığı üzündən komandadan ayrılır. O, mövsüm bitən kimi azı bir illik istirahətə gedəcəyini bildirib. Canpyero Qasperinin ona xələf olacağı gözlənilsə də, hələlik rəsmi qərar yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right