“Sevilya” Avroliqanın finalında “Roma”ya qarşı Yenilənir

Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək.

Newsport.az xəbər verir ki, turnirin finalında İtaliyanın “Roma” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gələcəklər.

Tərəflər münasibətlərinə Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da aydınlıq gətirəcəklər.

Həlledici oyunu İngilətərədən olan Entoni Teylor idarə edəcək.

“Roma” tarixində ikinci dəfə Avroliqanın finalında oynayacaq. Sözügedən komanda 1991-ci ildə bu turnirin finalında İtaliyanın digər təmsilçisi “İnter”lə mübarizədən məğlub ayrılıb.

“Sevilya” isə indiyə qədər qatıldığı final görüşlərinin hamısında (2006, 2007, 2014, 2015, 2016, 2020) qalib gələn tərəf olub. 

Avropa Liqası
Final
31 may

23:00. Sevilya – Roma
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. “Puşkaş Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right