Malta yığmasının yarımmüdafiəçisi Andre Şembri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, o, yerli mətbuata açıqlamasında bunları deyib:
"Bakıdakı ilk oyuna əsasən deyə bilərəm ki, Azərbaycan yığması heç də bizdən güclü deyil. Rəqibin heyətində hansısa yüksək səviyyəli oyunçular yoxdur. Məncə, oyunu xeyrimizə başa vurmaq üçün kifayət qədər yaxşı şansımız var”.