Renat Dadaşov mövsümün son matçında qol ötürməsi ilə yadda qaldı

İsveçrə Superliqasında sonuncu - 36-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə "Bazel"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 24 yaşlı forvard 77-cı dəqiqədə meydana çıxıb. Millimizin üzvü komandasının vurduğu qolun ötürməsini edib.

36 turdan sonra 44 xal toplayan "Qrasshopper" çempionatı 10 komanda arasında 7-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right