"Milan" Fransa millisinin forvardını razı saldı

"Milan" yayda heyətini gücləndirəcək.

Newsport.az-ın məlumatına görə, "Borussiya"nın (Mönhenqladbax) hücumçusu Markus Türam "rossonyerlər"in hədəfindədir.

25 yaşlı fransızın alman klubu ilə müqaviləsi bu yay başa çatır və o, azad agent kimi İtaliyaya yollanacaq. Artıq tərəflər arasında ilkin razılıq olub.

Fransa millisinin hücumçusu "Soşo", "Genqam"da oynadıqdan sonra 2019-cu ildə Münhenqladbax klubuna keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right