"Barselona" "Liverpul"dan 52 milyon funt-sterlinq tələb edir

"Barselona"nın futbolçusu Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, fransalı müdafiəçinin xidmətində "Liverpul" maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. 

"Barselona" 24 yaşlı arxa xətt oyunçusu üçün Mersisayd təmsilçisindən 52 milyon funt-sterlinq tələb edir Fransa millisinin üzvü Kataloniya təmsilçisindən ayrılmağa isti yanaşır.

Qeyd edək ki, "Barselona" Jül Kundeni mövsümün əvvəlində "Sevilya"dan transfer edib. O, komandanın heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right