Sergey Rebrov istefa verdi

Ukraynalı mütəxəssis Sergey Rebrov “Əl-Ayn” klubunun baş məşqçisi vəzifəsindən istefa verib.

Newsport.az-ın məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirlikləri klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

"Əl-Ayn"  Liqa Kubokunun finalında “Şarja”ya uduzub (1:2).
 
2021-ci ilin iyunundan Rebrovun çalışdırdığı komanda bu mövsüm Birləşmiş Ərəb Əmirlikləri kubokunun və Superkubokunun finalında məğlub lub, ölkə çempionatında isə gümüş medalları qazanıb.
 
Rebrovun tezliklə Ukrayna millisinin baş məşqçisi təyin olunması gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right