Türkiyə çempionu ÇL-ə 1-ci yox, 2-ci təsnifat mərhələsindən başlayacaq

İtaliya A seriyasında "İnter"in Çempionlar Liqasına vəsiqəni təmin etməsi Türkiyə Superliqasının çempionuna da təsir edəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

"İnter" A seriyasının 37-ci turunda “Atalanta” üzərində 3:2 hesablı qələbə qazanıb və ÇL-ə vəsiqəni təmin edib. Artıq Çempionlar Liqasının hər iki finalçısı (digəri İngiltərə klubu “Mançester Siti”) öz çempionatından ÇL-ə vəsiqə əldə etdiyi üçün avtomatik olaraq  Türkiyə çempionu turnirin 2-ci təsnifat mərhələsindən yarışa qoşulmaq imkanı qazanıb.

Beləliklə, Türkiyə Superliqasını qazanacaq komanda 2023/2024 mövsümündə Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindən azad olacaq və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. 

ÇL-in 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab qarşılaşmaları isə 18-19-da oynanılacaq.

2-ci təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right