"Qalatasaray" Xorvatiya millisinin üzvünü istəyir

Türkiyənin "Qalatasaray" klubu orta sahəni yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar"ın əsas hədəfi Zaqreb "Dinamo"sunda çıxış edən Martin Baturinadır. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Qalatasaray" 20 yaşlı yarımmüdafiəçini transfer etmək üçün mövsüm bitdikdən sonra Xorvatiya klubuna rəsmi təklif göndərəcək. Birdəfəlik transfer etmək alınmasa, İstanbul təmsilçisi gənc oyunçunu icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, "Dinamo" Martin Baturinanı 2017-ci ilin yayında "Hayduk" akademiyasından heyətinə cəlb edib. Xorvatiya U-21 millisinin üzvü cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right